Ohanyan işdən çıxarıldı, Nalbandyan qaldı

Ohanyan işdən çıxarıldı, Nalbandyan qaldı
  03 Oktyabr 2016    Oxunub:12032
Ermənistanda yeni nazir təyinatları olub.

AzVision.az “new.am”-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sarqisyan təyin olunub.

Sarkisyanın digər sərəncamı ilə xarici işlər naziri Edvard Nalbandyan yenidən vəzifəsində qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti