Sarkisyan Xaçaturovu separatçı ilə dəyişdi

Sarkisyan Xaçaturovu separatçı ilə dəyişdi
  03 Oktyabr 2016    Oxunub:3825
Ermənistanın Baş Qərargah rəisi Yuri Xaçaturov işdən çıxarılıb.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bununla əlaqədar Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.



Ermənistan prezidentinin digər sərəncamı ilə Yuri Xaçaturov Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsinə təyin olunub.



Sarkisyanın başqa bir sərəncamı ilə isə Movses Akopyan Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, Akopyan daha əvvəl Baş Qərargah rəisi Yuri Xaçaturov müavini olub. Buna qədər isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti