Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE (FOTOLAR)

Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE (FOTOLAR)
  03 Oktyabr 2016    Oxunub:13965
Bu gün Ermənistan hakimiyyətində ciddi kadr dəyişikliyi həyata keçirilib. Prezident Serj Sarkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sarqisyan təyin olunub.

Vigen Sarqisyan kimdir?



Ermənistanın yeni müdafiə naziri 10 may 1975 ci ildə anadan olub. Sarqisyan müdafiə naziri təyin olunana qədər Ermənistanın Prezident Aparatının rəhbəri olub. O, bu vəzifəyə 17 oktyabr 2011-ci ildə gətirilib.

Yeni müdafiə naziri 1992-1996-cı illərdə Sankt-Peterburqda Vətəndaşlara xidmət üzrə Şimal-Qərb Universitetində personalın idarə olunması fakültəsində təhsil alıb.

1995-1998-ci illərdə isə Ermənistanın Parlament sədrinin xarici əlaqələr üzrə müşaviri və köməkçisi olub.

Sarqisyan 1998-2000-ci illərdə Fletçer hüquq və diplomatiya məktəbində, Tafts və Harvard Universitetlərində təhsilini davam etdirib.



Vigen Sarqisyan müxtəlif illərdə Ermənistan Prezident Aparatının rəhbərinin müavini, 2000-2003-cü illərdə Silahlı Qüvvələrdə müdafiə nazirinin referenti kimi çalışıb.

Sarqisyan bundan əlavə müdafiə naziri və Milli Təhlükəsizlik şurasının sədrinin köməkçisi olub. O, 2003-2009-cu illərdə prezidentin köməkçisi işləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti