Estoniyanın ilk qadın prezidenti - FOTOLAR

Estoniyanın ilk qadın prezidenti - FOTOLAR
  03 Oktyabr 2016    Oxunub:3391
Estoniyada üçüncü cəhddən prezident seçkiləri baş tutub.
AzVision.az xəbər verir ki, ilk dəfə ölkə tarixində qadın namizəd – Kersti Kalyulyad prezident seçkilərində qalib gəlib.



Parlamentdə keçirilən seçkilərdə qalib gəlmək üçün Kalyulyad parlament deputatlarının 2/3-nin səsini toplamalı idi. Xanım namizədin lehinə 81 deputat səs verib ki, bu da onun prezident seçilməsi üçün kifayət olub. Kalyulyad Estoniya prezidentliyinə yeganə namizəd olub.



Qeyd edək ki, iki dəfə prezidenti seçmək cəhdinin uğursuz olmasından sonra ölkənin ali qanunverici orqanı olan parlament bütün partiyaların dəstəkləyəcəyinə şəxsin namizədliyini irəli sürməyə qərar verir. Spiker, onun iki müavini və parlament fraksiyalarının rəhbərlərinin daxil olduğu Estoniya parlamentinin Ağsaqqallar Şurası yeganə şəxs kimi Kalyulyadun namizədliyini dəstəkləyib.



Xatırladaq ki, Estoniya prezidenti Tomas Henrik İlvesin prezidentlik səlahiyyətləri bu il bitir. O, artıq ikinci dəfədir ki, bu postu tutur və ölkə konstitusiyasına əsasən üçüncü müddətə prezident seçilə bilməz.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti