Erməni məmur İran vətəndaşını qaçırdı

Erməni məmur İran vətəndaşını qaçırdı
  03 Oktyabr 2016    Oxunub:2790
Ermənistanda vergi müfəttişi digər şəxslərlə birgə İran vətəndaşını qaçırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi istintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da Kotayk polis şöbəsinə Benika M adlı şəxs zəng edərək naməlum şəxslərin Mayakovka kəndi yaxınlığında olan fermadan onun tanışını qaçırdığını söyləyib.

İstintaq zamanı hadisənin maraqlı detalları üzə çıxıb. İran vətəndaşı Qasım Q polisə ifadəsində bildirib ki, Ermənistan dövlət daxilolmaları üzrə komitəsinin yeni vergi inspektoru T.Q. əlbir olduğu şəriklərlə birgə onu zorla “Toyota camry” markalı avtomobilə əyləşdirərək naməlum istiqamətdə aparıb. Yolda ermənilər İran vətəndaşını ölümlə hədələyiblər.

Avtomobil yolda olduğu zaman müfəttişə polis zəng edib. O, dərhal İran vətəndaşını sərbəst buraxıb.

Faktla bağlı araşdırmalar davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti