Qaxlı gəncin maraqlı ixtirası - Video

Qaxlı gəncin maraqlı ixtirası - Video
  04 Oktyabr 2016    Oxunub:3276
Qaxın Qum kəndində yaşayan Mahmud Hacıyev motosiklet və maşının detallarından istifadə edərək özü üçün yeni nəqliyyat vasitəsi düzəldib.
AzVision.az ARB Şəki-yə istinadən xəbər verir ki, 8 ildir qaynaqçı işləyən Mahmudun dediyinə görə, bu nəqliyyat vasitəsini düzəltmək ona 7 aya başa gəlib. Əsasən, jiquli və motosiklet detallarından ibarət olan bu texnika 1.3 motor gücünə sahibdir və saatda 120 km sürətlə hərəkət edə bilir.

M.Hacıyevin dediyinə görə, texnikanın vasitəsilə dağ kəndlərində kənd təsərrüfatı işlərini görmək onun üçün xeyli asanlaşıb.

M.Hacıyev bu nəqliyyat vasitəsinin adını "YOMO" - yəni yolsuzluq motosikleti qoyub.

Texnikanın ərsəyə gəlməsi üçün o, 1900 manat dəyərində pul xərcləyib. Amma nəqliyyat vasitəsini sənədləşdirmək mümkün olmadığı üçün ondan istifadə etmək də çətinlik yaradır.

Bu, M.Hacıyevin düzəltdiyi üçüncü texnikadır.



AzVision.az



Teqlər:





Xəbər lenti