Gülnarə Kərimova dəlixanaya salınıb - KİV

Gülnarə Kərimova dəlixanaya salınıb - KİV
  04 Oktyabr 2016    Oxunub:4198
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın psixiatriya xəstəxanasına yerləşdirildiyi bildirilir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

NTV telekanalının məlunmatına görə, Gülnarə Kərimova Özbəkistan prezidentinin vəzifələrini icra edən Şövkət Mirzəyevin göstərişi ilə dəlixanaya salınıb. Gülnarə Kərimovanın oğlunun anası ilə əlaqə saxlaya bilmədiyi deyilir.

Bu barədə Özbəkistanın dövlət qurumları tərəfindən məlumat verilməyib. Gülnarə Kərimova hazırda harada olduğu, onun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi məlum deyil.

Qeyd edək ki, Gülnarə Kərimovanın atası İslam Kərimovla münasibətləri yaxşı deyildi. Hətta onun atasının dəfn mərasimində iştirak etmədiyi gözdən yayınmamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti