Ermənistanda nazir müavini işdən çıxarıldı

Ermənistanda nazir müavini işdən çıxarıldı
  04 Oktyabr 2016    Oxunub:1797
Ermənistanda yüksək çinli məmurların `təmizlənməsi` prosesi davam edir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kadr dəyişikliyi İdman və Gənclər Nazirliyindən da keçməyib. Nazir müavini Artaşes Nazaryan sərəncamla vəzifəsindən azad olunub.

Qeyd edək ki, ötən gün Ermənistanda yeni nazir təyinatları olub. Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sarqisyan təyin olunub.

Sarkisyanın digər sərəncamı ilə xarici işlər naziri Edvard Nalbandyan yenidən vəzifəsində qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti