Azərbaycanlılar liderdir, gürcülər isə milyonlar qazanır

Azərbaycanlılar liderdir, gürcülər isə milyonlar qazanır
  04 Oktyabr 2016    Oxunub:3418
Sentyabr ayında Gürcüstana gələn turistlərin əksəriyyəti Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran vətəndaşlarıdır.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sentyabrda bu ölkəyə gələn turistlər arasında azərbaycanlılar liderlik təşkil edir. Belə ki, ötən ay 130 min 851 azərbaycanlı turist Gürcüstana gedib. 119 min 96 rusiyalı, 130 min 815 erməni, 108 min 372 türkiyəli, 28 min 926 iranlı istirahət etmək üçün Gürcüstanı seçib.

Gürcüstan Milli Turizm Adminstrasiyasının sədri Georgi Çoqovadze bildirib ki, bu il beynəlxalq turizmdən 101 milyon ABŞ dolları gəlir götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti