Ruslar Yeni ildə Bakıya axışacaq

Ruslar Yeni ildə Bakıya axışacaq
  04 Oktyabr 2016    Oxunub:11448
Rusiyalı turistlər arasında Yeni il tətilini keçirmək üçün ən populyar ölkə Çexiyadır.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə otel axtarış üzrə ixtisasdlaşan “RoomGuru.ru” saytının yaydığı məlumatda bildirilir.

Çexiya 10 ölkənin daxil olduğu reytinqə başçılıq edir. Siyahıda ikinci Belarus, üçüncü yerdə isə Avstriya gəlir.

Siyahıda Türkiyə, Polşa, Tayland, İspaniya, İtaliya, Finlandiya və Estoniya da daxil edilib.

Rusiyalı turistlər arasında yeni il tətilləri üçün ən populyar şəhər isə Çexiyanın paytaxtı Praqa olub. İkinci və üçüncü pillədə müvafiq olaraq Minsk və Tallin qərarlaşıb.

Bundan əlavə rusların istirahət etmək üçün üz tutacağı 10 məşhur şəhər müəyyən edilib. Siyahıda Budapeşt, Helsinki, Riqa, Bakı, İstanbul, Tbilisi və İrəvan da var. Proqnozlara əsasən Rusiyalı turistlərin bir qismi yeni il bayramını bu şəhərlərdə qeyd etməyə hazırlaşır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti