20 min erməni Suriyadan Ermənistana qaçıb

20 min erməni Suriyadan Ermənistana qaçıb
  04 Oktyabr 2016    Oxunub:2445
Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20.000 erməni gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Diaspora Nazirliyinin nümayəndəsi Firdus Zakaryan bildirib.

Zakaryan qeyd edib ki, hazırda bir sıra təşkilatlar Suriya ermənilərinə dəstək olur, onların yerləşdirilməsinə yardım edirlər. Lakin Ermənistana gələn Suriya ermənilərinin sayı dəyişdikcə, yardımlar kifayət etmir.

Zakaryan bildirib ki, Suriya erməniləri üçün ölkədə səhiyyə pulsuzdur, ali məktəblərdə oxuyanlar yardım alır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti