`Əliyev və Sarkisyanın razılığını gözləyirik`- Uorlik

`Əliyev və Sarkisyanın razılığını gözləyirik`- Uorlik
  04 Oktyabr 2016    Oxunub:1617
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün keçirilməsi dair razılığa gələcəyinə ümid edir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Ümid edirik ki, prezidentlər növbəti görüşün keçirilməsi üçün razılıqlarını bildirəcək. Lakin görüşün vaxtı və yeri hələ müəyyənləşdirilməyib”, - deyə Uorlik vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər münaqişənin həlli üçün tərəflərlə işi davam etdirir: “BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası zamanı həmsədrlər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaları müzakirə etmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Ayın sonunda regiona baş tutacaq səfərimiz zamanı biz tərəflərlə görüşlərin keçirilməsini müzakirə edəcəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti