Rusiya `Antey-2500` raketləri ilə ABŞ-ı vurmağa hazırlaşır

Rusiya `Antey-2500` raketləri ilə ABŞ-ı vurmağa hazırlaşır
  04 Oktyabr 2016    Oxunub:9873
Rusiya ilk dəfə Suriyada ən müasir hava hücumundan müdafiə sistemi olan “Antey-2500” (NATO klassifikasiyası üzrə SA -23 Gladiator) kompleksini yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News”` telekanalı ABŞ Administrasiyasında olan ənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, bu, “Antey-2500” kompleksinin Rusiya sərhədlərindən kənarda yerləşdirilməsinə dair ilk haldır. Sistemin komponentləri bazar günü Rusiyanın Suriyadakı bazası olan Tartusa gətirilib, lakin bu komponentlər hələ də konteynerlərin içərisindədir.

Məndə bildirir ki, “Antey-2500” kompleksinin Suriyada yerləşdirilməsinin səbəbi aydın deyil. Çünki nə İŞİD, nə də “Cabahat ən-Nusra”nın aviasiyası və ya qanadlı raketləri var və Rusiya Hava Hücumundan Müdafiə Kompleksi potensial olaraq ABŞ-tərəfindən yaranacaq təhlükənin qarşısının almaq üçün istifadə oluna bilər.

“Fox News”in xəbərində qeyd olunur ki, Hava Hücumundan Müdafiə Kompleksinin Suriyaya yerləşdirilməsi Suriyada atəşkəs rejiminin iflasa uğraması, ABŞ və Rusiya arasında Suriya məsələsində qarşılıqlı anlaşmanın dayandırılması fonunda baş verir.

Qeyd edək ki, “Antey-2500” iki növ raketlər vasitəsilə 250 kilometr məsafədə olan hədəfləri vurur. Daha kiçik raketlər düşmənin təyyarə və qanadlı raketlərinə qarşı, böyük raketlər isə ortamənzilli ballistik raketlər və düşmən təyyarələrinə maneələrin yaradılması üçün nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti