Fətullah Gülən qaçmağa ölkə axtarır

Fətullah Gülən qaçmağa ölkə axtarır
  04 Oktyabr 2016    Oxunub:2369
Tərəfdarları Fətullah Gülənin yaşaması üçün yeni ölkə axtarışına başlayıb.
AzVision.az Türkiyə mtəbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Gülənin ABŞ-dan qaça biləcəyi haqda suala cavab verən Bozdağ qeyd edib ki, bununla bağlı onlarda kəşfiyyat materialları var: “Gülən ABŞ-ın onu Türkiyəyə təhvil verəcəyi şübhəsini nəzərə alaraq başqa ölkəyə qaça bilmək üçün axtarışlara başlayıb. Bununla bağlı təşkilat üzvlərinə tapşırıqlar verilib. Əlimizdə bunu sübut edən faktlar, sənədlər var”.

Ədliyyə naziri vurğulayıb ki, ABŞ Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin sentyabrın 10-da etdiyi müraciətə hələ də cavab verməyib.

“Qısa zamanda bizə cavab verəcəklərini bildirmişdilər. Hələ də cavab almamışıq. Bizdən yeni məlumat və sənəd istənilməyib. Gülənlə bağlı dəqiq sübutlar və sənədləri ABŞ-a təqdim etmişik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti