Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu

Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu
  04 Oktyabr 2016    Oxunub:1669
Rusiyanın Suriyada səfirliyi minaatanlardan atəşə tutulub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mərmilərdən biri diplomatik nümayəndəliyinin əməkdaşlarının qaldığı yaşayış binasının yaxınlığına düşüb.

Rusiya XİN hadisənin ötən gün baş verdiyini açıqlayıb.

Ümumilikdə səfirliyin binasına üç mərmi atılıb. “Xoşbəxtlikdən səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb. Diplomatik missiyanın binasına ziyan dəyib”, - deyə XİN-in yaydığı məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti