Qlobal istiləşmə müharibələrlə nəticələnəcək

Qlobal istiləşmə müharibələrlə nəticələnəcək
  12 Avqust 2013    Oxunub:3666
Qlobal istiləşmə qlobal münaqişələrin artmasına, çoxsaylı müharibələrə səbəb olacaq.
Bu barədə AzVision.az nüfuzlu Science jurnalında dərc edilən elmi araşdırmalara istinadən xəbər verir.

Alimlərin fikrincə temperaturun artması quraqlığa, aclıq və susuzluğa, insanlarda aqressiyaya yol açacaq ki, bu da öz növbəsində millətlərarası nifrətə və qlobal münaqişələrə gətirib çıxaracaq.

Araşdırmaçılar hesab edir ki, 2050-ci ilədək müharibələrin, daxili qarşıdurmaların, qarət hallarının sayı 4 dəfə artacaq. Bu kimi hallar nəinki “üçüncü ölkələrdə”, bütün dünyada müşahidə ediləcək.

S. Həsənova



Teqlər:  





Xəbər lenti