ABŞ-ın ən zəngin insanları – SİYAHI

ABŞ-ın ən zəngin insanları – SİYAHI
  05 Oktyabr 2016    Oxunub:2524
“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts ABŞ-ın 400 ən varlı adamının siyahısında 23-cü dəfə birinci olub.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb. 60 yaşlı B.Qeytsin sərvəti 81 milyard dollar dəyərində qiymətləndirilib.

İkinci yerdə “Amazon.com”un rəhbəri 52 yaşlı Cef Bezos qərarlaşıb. Bir il ərzində onun kapitalı 20 milyard dollar artaraq 67 milyard dollara çatıb.

Üçüncü yerdə “Berkshire Hathaway” şirkətinin baş direktoru Uorren Baffet yer alıb. “Forbes” onun sərvəti 65,5 milyard dollar dəyərində qiymətləndirib.

“Facebook”un təsisçisi 32 yaşlı Mark Zükerberq (55,5 milyard dollar) və “Oracle” şirkətinin rəhbəri 72 yaşlı Larri Ellison (49,3 milyard dollar) müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti