Partiya liderinin maşını partladıldı - Video

Partiya liderinin maşını partladıldı - Video
  05 Oktyabr 2016    Oxunub:2792
Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb.
AzVision.az xəbər verir ki, bu barədə deputat Nuqzar Siklauri "Rustavi 2" telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir.

Partlayış nəticəsində avtomobilin arxa hissəsinə əhəmiyyətli dərəcədə zərər dəyib. Hadisə yerinə patrul və kriminal polisin əməkdaşları göndərilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti