Ohanyan müxalifətə keçir - Sarkisyana qarşı yeni cəbhə

Ohanyan müxalifətə keçir - Sarkisyana qarşı yeni cəbhə
  05 Oktyabr 2016    Oxunub:2886
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın müxalifət düşərgəsinə keçəcəyinə dair ilginc məlumatlar yayılıb.

AzVision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

İddia edilir ki, Ohanyan Prezident Aparatının rəhbərinin müavini Viktor Dallakyanın yaradacağı “Şrdjadardz” partiyasına rəhbərlik edəcək.

“Qraparak” yazır ki, hakim Respublika Partiyası hadisələrin bu cür inkişafına inanmır, lakin partiyadan Ohanyanın Sarkisyana acıqlı olduğu bildirilib.

“Dallakyanın Prezident Aparatının yeni rəhbərinin təqdimat mərasimində iştirak etməsinə baxmayaraq, Seyran Ohanyanın razılıq verəcəyi təqdirdə, o fikirləşmədən hakim komanda və partiyaya qarşı çıxacaq”, - deyə yazıda vurğulanır.

Nəşrin məlumatına görə, “Şrdjadardz” partiyası Rusiya mənbələrindən maliyyələşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti