`Kardaşyanı qafqazlılar girov götürüb` - Foto+Video
Fransa polisi digər şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işləri davam etdirir. Ermən KİV-ləri iddia edir ki, şəxsiyyəti müəyyən edilməyən şəxslər də qafqazlılardır.
Fransanın BFMTV telekanalı erməni əsilli ulduz Kim Kardaşyanın silahlılar tərəfindən saxlanılmasını əks etdirən 3D formatında görüntülərini hazırlayıb.
Hadisə bazar ertəsinə keçən gecə Kim Kardaşyanın qaldığı oteldə baş verib. Qadının 5-6 milyon avro dəyərində zinət əşyalarının qoyulduğu qutu və qiyməti 4 milyon avro olan üzüyü oğurlanıb. Qarətçilər, həmçinin onun iki mobil telefonunu aparıblar.
Basqında polis forması geyinmiş beş maskalı şəxsin iştirak etdiyi bildirilir. Onlar Kardaşyanın əl-qolunu bağlayaraq vanna otağına salıblar.
Kim Kardaşyanın əri reper Kanye Uest ailə vəziyyətini səbəb gətirərək, Nyu-Yorkdakı konsertini yarımçıq dayandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az