Səfirlik atəşə tutuldu, ABŞ Rusiyanın bəyanatını blokladı

Səfirlik atəşə tutuldu, ABŞ Rusiyanın bəyanatını blokladı
  05 Oktyabr 2016    Oxunub:2260
Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurası (TŞ)-də yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“ABŞ nümayəndə heyəti Rusiyanın standart bəyanatına kənar elementlər əlavə etmək istəyib. Britaniya və Ukrayna amerikalıları dəstəkləyib. Bu, onların diplomatik münasibətlər haqqında Vyana konvensiyasına hörmətsizliyini göstərib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın Suriyada səfirliyi minaatanlardan atəşə tutulub. Mərmilərdən biri diplomatik nümayəndəliyinin əməkdaşlarının qaldığı yaşayış binasının yaxınlığına düşüb. Ümumilikdə səfirliyin binasına üç mərmi atılıb.

“Xoşbəxtlikdən səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb. Diplomatik missiyanın binasına ziyan dəyib”, - deyə XİN-in yaydığı məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti