Macarıstan `erməni soyqırımı`nı tanımadı
AzVision.az-ın məlumatına görə, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.
“Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösi sözlərinə görə bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır: “Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamalıdır”.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


