Türkiyə İraqa nota verdi

Türkiyə İraqa nota verdi
  05 Oktyabr 2016    Oxunub:1492
İraqın Türkiyədəki səfiri Əli Əkbər İbrahim əl-Ələvi Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfirə ötən gün İraq parlamentinin qəbul etdiyi qərarla bağlı etiraz notası təqdim olunub.

Qeyd edək ki, oktyabrın 4-də İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqda qərar qəbul edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti