Rusiya Əsədi silahlandırır: ABŞ-ın `B` planına cavab

Rusiya Əsədi silahlandırır: ABŞ-ın `B` planına cavab
  05 Oktyabr 2016    Oxunub:2286
Rusiya Suriya ilə bağlı danışıqların dayandırılmasından sonra Amerika hərbçilərinin mümkün hərəkətlərinə cavab olaraq Suriya silahlı qüvvələrinə dəstəyini ciddi şəkildə artıra bilər.

AzVision.az xəbər verir ki, bu barədə “İzvestia” nəşrinə müsahibəsində Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədrinin birinci müavini Frans Klinçeviç bildirib:

“Amerikanın “B” planına qarşı biz öz diplomatiyamızı təqdim edəcəyik. Lazım gələrsə, Suriya Silahlı Qüvvələrinə silah dəstəyini ciddi şəkildə artıra bilərik, həmçinin Baş Qərargahın terrorçulara qarşı xüsusi planları var. Çünki onlar bizim Suriya ərazisində yerləşən hərbi bazalarımıza daha çox diqqət ayıracaq”.

Klinçeviç əlavə edib ki, ABŞ rəsmilərinin “hərbi yolla getmək” barədə qərarları yaraqlılara aktiv fazaya keçmək və onlara dəstək olunacağı barədə bir siqnaldır: “Görünən odur ki, Rusiya hərbçiləri hadisələrin belə inkişafına hazırdır. Çünki, Amerikanın “B” planına qarşı Rusiyada kompleks hərbi və hərbi-siyasi tədbirlər hazırlanıb”.

Eyni zamanda hərbi-diplomatik dairələrdə olan yüksək vəzifəli mənbə nəşrə bildirib ki, RF Müdafiə Nazirliyi (MN) Suriya ərazisində, həm də onun hüdudlarından kənarda hərbi-siyasi müdaxilə üçün kompleks plan hazırlayıb.

Ekspertlərin fikrincə, ABŞ müxalifət dəstələrinə silah ixracını artırmağa hazırlaşır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti