Türkiyədə 55 FETÖ-çu tutuldu

Türkiyədə 55 FETÖ-çu tutuldu
  05 Oktyabr 2016    Oxunub:1297
Türkiyənin 31 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyat zamanı 55 nəfər tutulub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər.

Məhkəmə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) FETÖ-çü imamlarla bağlı aparılan istintaq tədbirləri çərçivəsində 31 əyalətdə 101 nəfərin tutulması haqda qərar çıxarıb. Onlardan 55-i həbs olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti