`Yahoo` şirkəti ilə bağlı sensasion məlumat

`Yahoo` şirkəti ilə bağlı sensasion məlumat
  05 Oktyabr 2016    Oxunub:1930
“Yahoo” şirkəti ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək üçün gizli proqramlardan istifadə edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu proqram vasitəsilə istifadəçilərin yazışmalarına nəzarət edib və lazımı informasiyaları Milli Təhlükəsizlik Agentliyi və Federal Tədqiqatlar Bürosuna ötürüb.

Şirkətdə buna qarşı çıxan mütəxəssislər işlərini itirməli olublar. İttihamlara qarşı tərəf hələlik cavab verməyib.

Qeyd edək ki, Rusiyada mühacirətdə olan Edvard Snouden öz "Twitter" hesabı vasitəsilə hər kəsi "Yahoo"dan imtina etməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti