Kadırovun 10 yaşlı oğlu rəqibini nokauta saldı - VİDEO

Kadırovun 10 yaşlı oğlu rəqibini nokauta saldı - VİDEO
  05 Oktyabr 2016    Oxunub:8550
Çeçenistanın paytaxtı Qroznıda “Grand Prix Akhmat 2016” döyüş turniri çərçivəsində uşaqlar arasında yarış keçirilib.
AzVision.az xəbər verir ki, yarışlarda Çeçnistan rəhbəri Ramzan Kadırovun oğulları da iştirak edib.

10 yaşlı Əhməd Kadırov 33 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda rəqibi Damir Şevhujevi 14-cü saniydə nokauta salıb.

9 yaşlı Zəlimxan Kadırov isə 27 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda hakimlərin yekdil qərarı ilə Daniel Şalaka qalib gəlib.

Kadırovun 8 yaşlı oğlu Adəm isə 35 kiloqrama qədər olan çəki dərəcəsində keçirilən yarışda hakimlərin yekdil qərarı ilə David Xalatova qalib gəlib.



Turnir Ramzan Kadırovun doğun günü ərəfəsində keçirilib. Bu gün onun 40 yaşı tamam olur və o rəsmi olaraq Çeçenistanın rəhbəri vəzifəsini icra etməyə başlayacaq.

Xatırladaq ki, sentyabrın 18-i son 13 ildə ilk dəfə Çeçenistan seçkilər keçirilib. Kadırovun lehinə seçicilərin 97,94%-i səs verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti