Peskov əsəbləşdi: `Gedin, ABŞ-dan soruşun`

Peskov əsəbləşdi: `Gedin, ABŞ-dan soruşun`
  05 Oktyabr 2016    Oxunub:2573
Rəsmi Kreml Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanatın ABŞ tərəfindən bloklanmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məsələyə sadəcə olaraq “Neqativ yanaşırıq” deməklə kifayətlənib.

Tərəflər arasında əməkdaşlığın bərpa olunmasının mümkünlüyünə dair suala Peskov “Bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır”, - deyə cavab verib.

O, əlavə edib ki, Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır və Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil: “Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti