Bu ölkədə 66 il fövqəladə vəziyyət olub

Bu ölkədə 66 il fövqəladə vəziyyət olub
  05 Oktyabr 2016    Oxunub:1759
Myanmada fövqəladə vəziyyət rejimi ləğv edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 66 ildən sonra bu qərarı ölkə prezidenti Txin Çjo imzalayıb.

Myanmada fövqəladə vəziyyət rejimi 1950-ci ildə tətbiq edilib.

Xatırladaq ki, Txin Çjo “Demokratiya uğrunda milli liqa” partiyasına başçılıq edən Nobel mükafatı laureatı Aun San Su Çjinin yaxın silahdaşıdır. Bu partiya 2015-ci ilin noyabr ayında keçirilən parlament seçkilərinin qalibi olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti