Putinin işdən çıxardığı məmur Dumaya sədr seçildi

Putinin işdən çıxardığı məmur Dumaya sədr seçildi
  05 Oktyabr 2016    Oxunub:1946
Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyası rəhbərinın birinci müavini Vyaçeslav Volodinin vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, dövlət başçısının digər əmri ilə “Rosatom”un rəhbəri Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub.

Bundan başqa vəzifəsindən azad olunan Vyaçeslav Volodin “Vahid Rusiya” Partiyasının namizədi kimi Dövlət Dumasına yeni sədr seçilib.

O, bu gün keçirilən səsvermədə 449 deputatdan 404-nün səsini qazanıb. Onun rəqibi – Rusiya Federasiyası Kommunist Partiyasından olan Dmitri Novikovun namizədliyinin lehinə isə cəmi 40 parlamentari səs verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti