`Rusiya və ABŞ-sız sülh olmayacaq` - Almaniya XİN

`Rusiya və ABŞ-sız sülh olmayacaq` - Almaniya XİN
  05 Oktyabr 2016    Oxunub:2132
Rusiya və ABŞ arasında anlaşma və razılıq olmadan Suriyada atəşkəsin və ya zorakılığın azalacağına dair ümidlər yoxdur.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şefer bildirib.

“Çoxları mənimlə razıdır və nazir də bu fikirdədir ki, Rusiya və ABŞ arasında anlaşma və razılıq olmadan Suriyada atəşkəsin və zorakılığın azalmasına dair heç bir ümid yoxdur”, - deyə Şefer qeyd edib.

Onun sözlərinə görə, bu iki ölkə, koalisiya üzrə tərəfdaşları ilə birgə Suriya məsələsinin həllində əvəzolunmaz rol oynayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti