Rusiyada ən çox korrupsiyaya uğramış sahələr

Rusiyada ən çox korrupsiyaya uğramış sahələr
  05 Oktyabr 2016    Oxunub:1873
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno Rəyasət Heyətinin Korrupsiya qarşı mübarizə Şurasının iclasını keçirib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu iclas zamanı Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev ölkədə ən çox korrupsiyaya uğraşan sahələrin adlarını çəkib.

Kolokoltsev bildirib ki, əmtəələrin satınalınması, dövlət və bələdiyyə ehtiyacları üçün xidmətlər, tikinti, avtomobil yollarının saxlanılması, səhiyyə, təhsil, elm və mədəniyyət sahələri daha çox korrupsiyalaşıb.

Görüşdə DİN başçısı daxili işlər orqanlarının xərclərdən sui-istifadə və büdcə vəsaitlərinin mənimsənilməsi ilə mübarizədə gördüyü işlər haqqında danışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti