Məmmədyarov həmkarı ilə görüşüb

Məmmədyarov həmkarı ilə görüşüb
  05 Oktyabr 2016    Oxunub:1595
Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov makedoniyalı həmkarı Nikola Poposki ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti