Azərbaycan ATƏT-ə çağırış etdi - Etiraz bəyanatı

Azərbaycan ATƏT-ə çağırış etdi - Etiraz bəyanatı
  06 Oktyabr 2016    Oxunub:2915
“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət təşkilatın öz prinsipləri ilə ziddir. Azərbaycan bununla bağlı öz narazılığını bildirir və xüsusən ATƏT çərçivəsində qəbul olunmuş beynəlxalq öhdəliklərinə uyğun olaraq bu fəaliyyətə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırır”.
Bu barədə Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin təşkilatın daimi şurasının iclasında yayılan bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Azərbaycan əhalisinə qarşı hüquq və azadlıqların bu cür fundamental pozulması ATƏT öhdəliklərinin kobud şəkildə pozulması deməkdir: “Azərbaycan dəfələrlə üçüncü ölkənin işğal olunmuş Azərbaycan ərazisində iqtisadi və diğər fəaliyyəti barədə çoxsaylı faktlar təqdim edib".

Nümayəndəliyin bəyanatında qeyd edilir ki, bu qeyri-qanuni fəaliyyət Azərbaycanın işğal olunmuş ərazilərində birbaşa və ya dolayı yolla demoqrafik tərkibi dəyişir, ermənilərin sayı çoxaldılmaqla didərgin düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısı alınır.

“Biz yenidən ATƏT üzvlərini Azərbaycanın işğal olumuş ərazilərində istənilən fiziki və hüquqi şəxslərin fəaliyyətinin qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti