Sabiq prezident vəfat etdi

Sabiq prezident vəfat etdi
  06 Oktyabr 2016    Oxunub:2667
Slovakiyanın sabiq prezidenti Mixal Kovaç dünyasını dəyişib.
Bu barədə TASS agentliyi Slovakiya radiosuna istinadla məlumat yayıb.

Mixal Kovaçın ürək tutmasından vəfat etdiyi bildirilir.

1993-1998-ci illərdə yüksək dövlət postunda çalışmış sabiq prezident uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib. O, sentyabrına 30-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mixal Kovaç 1930-cu il avqustun 5-də dünyaya gəlib. 1989-cu ildə baş verən inqilabdan sonra o, Slovakiyanın maliyyə naziri təyin edilib, 1992-ci ilin iyununda isə ÇSFR-in federal parlamentinin spikeri olub. Ölkə iki müstəqil dövlətə bölündükdən sonra Mixal Kovaç Slovakiyanın ilk prezidenti seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti