`Allah Azərbaycana yar olsun` – Roma Papası

`Allah Azərbaycana yar olsun` – Roma Papası
  06 Oktyabr 2016    Oxunub:1820
"Allah özü Ermənistan, Gürcüstan və Azərbaycana yar olsun və bu ölkələrdə yaşayan xalqları müşayiət etsin".
AzVision.az "Vatikan radiosu"na istinadən xəbər verir ki, bunu Papa Fransisk Qafqaza səfəri barədə çıxışında bildirib.

Papanın sözlərinə görə, Gürcüstan və Azərbaycana səfər, Ermənistana səfərin davamı idi. Bununla da, Müqəddəs Ataya orada mövcud olan Katolik Kilsəsini möhkəmləndirmək və oradakı xalqları sülh və qardaşlığa yönəltmək üçün bu üç Qafqaz ölkəsinə səfər etmək müəssər olub.

Papa əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan qədim dini-mədəni köklərə malikdir, lakin eyni zamanda onlar yeni mərhələ yaşayırlar.

"Bu il onların hər ikisi uzun sürən Sovet rejimindən sonra müstəqilliklərinin 25 illiyini qeyd edirlər".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti