`Avropaya ölümcül zərbə vurulacaq` - `The Times`

`Avropaya ölümcül zərbə vurulacaq` - `The Times`
  06 Oktyabr 2016    Oxunub:2579
“Əl-Qaidə” terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir.
Bu barədə AzVision.az “The Times”-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, terrorçular İŞİD-in Suriyada məğlub duruma düşməsi fonunda Avropa ölkələrində terror aktları təşkil etmək istəyir.

“Terrorçular Avropaya ölümcül zərbə vurmaq üçün vaxt gözləyirlər”, - deyə xəbərdə vurğulanır.

Böyük Britaniya müdafiə naziri Maykl Fellon qəzetə bildirib ki, “Əl-Qaidə” terror təşkilatı Krallığın təhlüksəzliyinə birbaşa təhdiddir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti