Almaniya Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır

Almaniya Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır
  06 Oktyabr 2016    Oxunub:1512
Almaniya Rusiya əleyhinə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Rusiyanın Suriya siyasətidir: “Angela Merkelin idarə etdiyi hökümət Moskvanın Suriyada öz siyasətini dəyişmək üçün mümkün variantları nəzərdən keçirir. Hazırda gündəmdə olan məsələ Avropa İttifaqının Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilməsidir. Kağız üzərində olan sankisyalara tam hazır deyil. Eyni zamanda alman deputatların yeni sanksiyalara müansibəti də müzakirə mövzusudur”.

Bununla yanaşı Almaniya XİN nümayəndəsi Martin Şefer bildirib ki, Suriyadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların tətbiqi hələlik müzakirə olunmur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti