`Deyirlər ki, mən Putini sevirəm` - Tramp

`Deyirlər ki, mən Putini sevirəm` - Tramp
  06 Oktyabr 2016    Oxunub:1666
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp ölkə rəhbəri seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə münasibətlərinin necə formalaşacağını bilmədiyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, Nevada ştatında çıxışı zamanı bildirib.

“Burada deyirlər ki, mən Putini sevirəm. Mən Putini sevmirəm, lakin ona nifrət də etmirəm. Gəlin, nəyin baş verəcəyini gözləyək”, - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Putinlə münasibətlərini necə formalaşacağını təxmin etmək çətindir: “Ola bilsin ki, bizim Putinlə çox yaxşı münasibətlərimiz oldu. Ola bilsin çox bərbad. Bəlkə də münasibətlər orta səviyyədə oldu.

“Əgər biz Rusiya ilə razılaşsaq və birgə İŞİD-ə qalib gəlsək, onda mən hadisələrin bu cür inkişafına qarşı deyiləm”, - deyə siyasətçi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti