1600 aviareys təxirə salındı – Qasırğa təhlükəsi

1600 aviareys təxirə salındı – Qasırğa təhlükəsi
  06 Oktyabr 2016    Oxunub:2830
ABŞ-ın “American Airlines” aviaşirkəti 1600-ə yaxın aviareysi təxirə salıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkəti belə bir addımı “Metyu” qasırğasının ABŞ-a yaxınlaşmasına görə atıb.

“American Airlines” yaydığı məlumata görə, Mayami, Fort-Loderdeyl – Hollivud və Palm –Biç hava limanlarından uçuşlar təxirə salınıb.

Şirkət uçuşların oktyabrın 7-də bərpa olunacağına ümid edir.

ABŞ-ın Cənubi Karolina ştatında "Metyu" qasırğasına görə milyondan çox insan təxliyə edilib. Ştatda fövqəladə vəziyyət elan olunub.

Qasırğa Cənubi Karolina ştatına şənbə günü çatacağı bildirilir. Küləyin gücü saatda 160 kilometrə çata bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti