Sarkisyan yeni nazirləri topladı: `Sizə inanıram`

Sarkisyan yeni nazirləri topladı: `Sizə inanıram`
  06 Oktyabr 2016    Oxunub:2042
“İnanıram ki, yeni hökumət əvvəl heç kimin etmədiklərini edəcək”.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətin ilk iclasında çıxışı zamanı deyib.

“Parlament idarəetmə formasına keçid nəinki dövlət idarəetmə sistemini dəyişmir, həm də ilk növbədə kollektiv düşünmə və məsələyə münasibəti dəyişir. Ola bilsin ki, cəmiyyət sona kimi bu dəyişikliklərin hansı ölçüdə olacağını tam anlamır. Sizə keçid dövrünün pionerləri olmaq nəsib olub. Mən sizin gücünüzə inanıram, inanıram ki, bu hökumət əvvəlkilərin edə bilməyəcəyini edəcək. Bu işdə digər dövlət orqanları Hökumətlə birgə addımlayacaq”, - deyə Sarkisyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti