ABŞ İraqda yeni hərbi baza yaradır

ABŞ İraqda yeni hərbi baza yaradır
  06 Oktyabr 2016    Oxunub:1545
ABŞ İraqın Mosul şəhərini İŞİD-çilərdən azad etmək üçün Başika şəhərində hərbi baza yaradacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Miliyyet” qəzeti yazıb. Qeyd olunub ki, hərbi baza türk hərbçilərinin iraqlı həmkarlarına təlim keçdiyi ərazinin yanında salınacaq: “Amerikalı hərbçilər yeni hərbi bazaya oktyabr ayının 10-da gətiriləcək”.

“Yeni Şafak” qəzeti isə İraqda olan kürd mənbələrinə istinadən bildirir ki, 22 nəfərdən ibarət amerikalı mütəxəssislər artıq İraqa gəlib. Onlar əraziyə baxış keçirib və müvafiq qərar qəbul edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti