PKK Azərbaycan şirkətini partlatmaq istəyib

PKK Azərbaycan şirkətini partlatmaq istəyib
  06 Oktyabr 2016    Oxunub:2359
Türkiyə polisi ötən bazar günü İzmir şəhərində partlayış törətmək istəyən 3 terrorçunu saxlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçulardan biri Mehmet D. ifadəsində İzmirin Əliağa mahalında yerləşən “Petkim” müəssisəsində terror aktı törətmək istədiyi bildirib. Həmin şəxs “uzaq olduğu üçün gedə bilmədim”,- deyə qeyd edib.

Mehmet D. əlavə edib ki, terrorçuların strategiyasını dəyişib. Belə ki, PKK bundan sonra Türkiyə iqtisadiyyatı üçün önəmli olan müəssisələrə hücum edəcək.

Qeyd edək ki, "Petkim Petrokimya Holding A. Ş."-nin səhmlərinin 58%-i "SOCAR Enerji Türkiye A.Ş."-yə məxsusdur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti