Baş nazir `Pokemon Go` ilə yaxalandı – Qalmaqal (FOTO)

Baş nazir `Pokemon Go` ilə yaxalandı – Qalmaqal (FOTO)
  06 Oktyabr 2016    Oxunub:10496
Norveçin baş naziri Erna Solberqin parlament iclası zamanı “Pokemon Go” oynayarkən görüntülənib.
AzVision.az `TechCrunch`-a istinadən xəbər verir ki, Baş nazir mobil telefonunda oyun oynadığı zamanı parlamentin tribunasında Norveç liberallar partiyasının lideri Trine Skay Qrande çıxış edib.

Maraqlısı budur ki, Qrande özü də vaxtı ilə ölkənin uzun müddətli müdafiə strategiyasının məsələləri üzrə dinləmələr zamanı bu oyunu oynayan zaman fotoqrafların hədəfinə tuş gəlib.

Qeyd edək ki, Norveçin baş naziri daha əvvəl də slovakiyalı həmkarı ilə görüş fasiləsində paytaxt Bratislavada küçələrində “pokemon” axtarışına çıxmışdı



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti