Sarkisyan nazirlərə xəbərdarlıq etdi: `Aramızda inciklik olmasın`

Sarkisyan nazirlərə xəbərdarlıq etdi: `Aramızda inciklik olmasın`
  06 Oktyabr 2016    Oxunub:2286
“Baş nazirin tənqid olunması onun şəxsiyyətinə deyil, işinə aid məsələdir”.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətin ilk iclasında çıxışı zamanı deyib.

“Sizə çağırış edirəm ki, özünüzü tamamilə işə sərf edin. İş münasibətlərində çətinliklər olacaq, lakin ciddi və qərarlı olun. Danışdığımız kimi aramızda inciklik və narazılıq olmasın. Özünüzü işə həsr etməklə siz ailənizə, dostlarınıza və ən əsası bütün xalqa olan diqqətini artıracaqsınız. Baş nazir sizin yalnız rəhbəriniz deyil. O, bu komandanın rəhbəridir. Problemlərin köklərini keçmişdə axtarmayın. Bu, ən asan yoldur. Gələcəyə istiqamətlənən yollar tapmaq lazımdır. Qələbə formulu yalnız bundadır. Mən əminəm ki, birgə işimizlə uğura nail olacağıq”, -deyə Sarkisyan bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti