Bakı və Moskva terrorizmə qarşı birgə mübarizə aparır

Bakı və Moskva terrorizmə qarşı birgə mübarizə aparır
  06 Oktyabr 2016    Oxunub:2057
Rəsmi Bakı və Moskva terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası üzrə gündəlik işlər görür.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-büloğlu `Ria Novosti`yə açıqlamasında bildirib.

“Terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası işi bizdə aktiv şəkildə həyata keçirilir. Demək olar, gündəlik əlaqələndirmə olur. Bizdə xüsusi xidmət orqanları, DİN-lər arasında çox yaxşı qarşılıqlı münasibət var. Bu yaxınlarda Bakıda MDB ölkələrinin Xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri Şurasının iclası keçirilib”, - deyə diplomat əlavə edib.

Səfir qeyd edib ki, Avropanın özündə və Yaxın Şərqdə baş verənlər, iqtisadi böhran ən mənfi və gözlənilməz nəticələr verə bilər.

“Hər bir ölkə ayrı-ayrılıqda terrorla mübarizəyə müqavimət göstərə bilməz. MDB adı altında birləşməyə münasibət tənqidi olsa da, sözügedən məsələdə, bu, xarici sərhədlərin perimetridir. Ona görə də qarşılıqlı anlaşma səviyyəsində birgə çalışmaq zəruridir. Azərbaycanın Rusiya və Qazaxıstan arasında belə qarşılıqlı əməkdaşlığı mövcuddur. Terrorun səbəblərini həm fiziki, həm də mənəvi-etik baxımdan aradan qaldırmaq çox vacibdir. Biri olmadan digəri mümkün deyil”- o əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti