Rusiya səfirliyini ABŞ atəşə tutub? - XİN-dən açıqlama

Rusiya səfirliyini ABŞ atəşə tutub? - XİN-dən açıqlama
  06 Oktyabr 2016    Oxunub:1735
Rəsmi Moskva Dəməşqdə Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın təhdidləri arasında əlaqəni araşdırır.
AzVision.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu terror aktı ilə Vaşinqton tərəfindən bizim ünvanımıza səslənən hədələr arasında əlaqə görürük. Simptomatik olaraq ki, bu hadisələr terrorçulara daşınan Zenit-Raket Kompleksi (DZRK) və digər növ müasir döyüş texnikasının gətirilməsi mümkünlüyü haqqında müzakirələr fonunda baş verib".

Zaxarova bildirib ki, Qərb Suriyada humanitar vəziyyət haqqında düşünmür və “Cəbhət ən Nüsr” terorr qruplaşmasının yaraqlılarını zərbə altından çıxarmağa çalışır.

Zaxarova həmçinin Rusiya və Fransa xarici işlər nazirləri arasında görüş keçiriləcəyini, görüşdə Suriya məsələsi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacağını deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti