Lavrov Ermənistana gedir - Gündəm Qarabağdır

Lavrov Ermənistana gedir  - Gündəm Qarabağdır
  06 Oktyabr 2016    Oxunub:1825
14 oktyabrda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

İclasda şuraya üzv olan dövlətlər arasında əməkdaşlıq sisteminin daha da təkmilləşdirilməsinin aktual aspektləri, hərbi əməkdaşlığın inkişafı, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq və regional təhlükəsizlik məsələləri, kollektiv təhlükəsizlik təşkilatının üzvü olan dövlətlərin başçılarının təsdiqinə çıxarılacaq sənədlər müzakirə ediləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüş keçirilməyəcək: `Amma münaqişənin həlli yollarının müzakirəsi toplantı çərçivəsində mümkündür`.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti