Zaxarovadan Kerrinin Qarabağ çıxışına reaksiya

Zaxarovadan Kerrinin Qarabağ çıxışına reaksiya
  06 Oktyabr 2016    Oxunub:2808
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə açıqlamasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, XİN rəsmisi Mariya Zaxarova Qarabağ münaqişəsinin bəyanatlarla həll edilmədiyini diqqətə çatdırıb.

“Düşünürük ki, Dağlıq Qarabağ münaqişənin həlli prosesi bəyanatlardan yox, bizim məşğul olduğumuz praktiki işlər əsasında irəliləyər”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin hələlik mümkün olmadığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti