İraq BMT-ni toplanmağa çağırdı - Türkiyəyə görə

İraq BMT-ni toplanmağa çağırdı - Türkiyəyə görə
  06 Oktyabr 2016    Oxunub:1435
İraq Xarici İşlər Nazirliyi Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.
AzVision.az-ın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, nazirlik Türkiyə hərbçilərinin mövcudluğunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, rəsmi Bağdad Ankaranı İraqın daxili işlərinə qarışmaqda günahlandırıb.

İraq BMT Təhlükəsizlik Şurasında Türkiyənin Mosul yaxınlığındakı Başika düşərgəsindəki hərbi qüvvəsinin mövcudluğu və iki gün əvvəl Türkiyə parlamentinin ölkə sərhədlərindən kənarda hərbi əməliyyatların aparılması ilə bağlı qərarının müzakirə olunmasını istəyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti